Donald Tusk Azərbaycana gəlib

Donald Tusk Azərbaycana gəlib
  22 İyul 2015    Oxunub:2342
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AzVision.az - ın məlumatına görə, Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.


Teqlər:  



Xəbər lenti