“İnternet mediaya dövlət dəstəyi mütləq verilməlidir” - Prezident
Prezident İlham Əliyev deyib: “Çox sağ olun, təşəkkür edirəm. Biz qaldırdığınız məsələlərlə bağlı lazımi tədbirləri görəcəyik. Çox dəyərli təkliflərdir, həm reklam bazarı, həm də ki, xaricdə müxbir məntəqələri ilə bağlı. Doğrudan da bizə bir çox hallarda artıq xarici medialardan məlumat gəlir. Onların mövqeyi həmin məlumatın daxilində öz əksini tapır. Biz gərək həqiqəti çatdıraq və belə olan halda buna böyük ehtiyac var. İndi biz hansı yolla, hansı istiqamət üzrə bunu edəcəyik? Siz baxın, təklif edin. İnternet mediaya dövlət dəstəyi mütləq verilməlidir. Bəlkə indi buna daha çox ehtiyac var”.
Ölkə başçısı əlavə edib: “Səslənən fikirləri ümumiləşdirib, qərar qəbul edəcəyik. Çox dəyərli fikirlər, təkliflər səslənib”.
“Sağ olun. Bir daha Sizi qarşıdan gələn bayram münasibətilə təbrik etmək istəyirəm. Burada səslənən təkliflərə baxılacaq və lazımi tədbirlər görüləcək. Mən də çalışacağam ki, bundan sonra da mətbuatın dostu kimi qalım. Əlimdən gələni edəcəyəm ki, Azərbaycan mətbuatı inkişaf etsin və media qarşısında duran problemlər öz həllini tapsın”. – deyə Azərbaycan Prezidenti vurğulayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


