İlham Əliyevin namizədliyi irəli sürüldü

İlham Əliyevin namizədliyi irəli sürüldü
  07 İyun 2013    Oxunub:1231
Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayında Azərbaycan prezidenti, YAP sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

"Buta Palace"da keçirilən qurultayda İlham Əliyevin bu il keçiriləcək prezident seçkilərində namizədliyi irəli sürülərək yekdilliklə dəstəklənib.

Həmçinin, prezident İlham Əliyev yenidən YAP sədri seçilib.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, deputat Əli Əhmədov, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov YAP-ın yeni sədr müavinləri seçiliblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti