İlham Əliyev Donald Tusku qarşıladı - Fotolar

İlham Əliyev Donald Tusku qarşıladı - Fotolar
  22 İyul 2015    Oxunub:3002
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iyulun 22-də rəsmi qarşılanma mərasimi olub. AzVision.az xəbər verir ki, fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Avropa İttifaqı Şurasının prezidentinə raport verib.
Avropa İttifaqının və Azərbaycanın himnləri səslənib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Donald Tuska, Avropa İttifaqı nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.Rəsmi qarşılanma mərasiminin ardınca prezidentlər arasında geniş tərkibli görüş başlayıb.

Qalereya




Teqlər:  



Xəbər lenti