Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Avropa İttifaqı Şurasının prezidentinə raport verib.
Avropa İttifaqının və Azərbaycanın himnləri səslənib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Donald Tuska, Avropa İttifaqı nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.Rəsmi qarşılanma mərasiminin ardınca prezidentlər arasında geniş tərkibli görüş başlayıb.







Vaxtında, Aydın, Lazımlı!


