Jurnalistlər Zərdabini ziyarət edib
Görkəmli maarifpərvər, pedaqoq və təbiətşünas alimin məzarı önündə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıb. Bildirib ki, 1875-ci il iyulun 22-də maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirib. Qəzetdə elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc olunub, bu mətbu orqan vasitəsilə xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparılıb.
Çıxış edənlər son illər ölkəmizdə medianın inkişafı, söz və fikir azadlığının təmin olunması istiqamətində görülmüş işlərdən danışıblar. Qeyd edilib ki, mətbuatın normativ hüquqi bazasının möhkəmləndirilməsi ilə yanaşı, onun iqtisadi müstəqilliyinin təmin edilməsi də dövlətin diqqət mərkəzindədir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


