Rubrikanı `ORBİTER 2 M` kiçik Pilotsuz Uçuş Aparatının təqdimatı ilə davam etdiririk.
ORBİTER 2 M` kiçik Pilotsuz Uçuş Aparatı (PUA) hərbi və daxili təhlükəsizlik tapşırıqlarının yerinə yetirilməsi üçün layihələndirililib. Sistem kiçik münaqişələrdə müxtəlif kəşfiyyat tapşırıqlarının ( Yaxın məsafəli kəşfiyyat, müşahidə və əraziyə baxış əməliyyatlarının) həyata keçirilməsi üçün nəzərdə tutulub.
Əsas texniki göstəriciləri bunlardan ibarətdir:
Ölçüləri :
- Qanadlarının uzunluğu 3m
- Uznluğu 1m
Texniki göstəriciləri:
- Çəkisi 8,5 kq
- Faydalı yük götürmə imkanı 1,5 kq
-Uçuş məsafəsi 80 km
- Uçuş müddəti -4-5 saat
- Yüksəklik 6 km
- Uçuş surəti 70km/s
Digər təqdimatımız `AEROSTAR`- Taktiki Pilotsuz Uçuş Aparatıdır .

`AEROSTAR` Taktiki Pilotsuz Uçuş Aparatı (TPUA) real zaman rejimində yüksək keyfiyyətli və etibarlı kəşfiyyat məlumatlarının toplanması üçün nəzərdə tutulub.
Əsas texniki göstəriciləri :
Ölçüləri :
- Qanadların uzunluğu 7,5 m
- Uzunluğu 4,5 m
- Hündürlüyü 1,3 m
Texniki göstəriciləri :
- Çəkisi 215 kq
- Faydalı yük götürmə imkanı 50 kq
-Uçuş məsafəsi 200 km
-Uçuş müddəti 12 saat
- Yüksəklik 6 km
- Uçuş sürəti 200km/s
Şahanə RƏHİMLİ
Turan Ramazanlı







Vaxtında, Aydın, Lazımlı!


