Beynəlxalq Bankda ilk istefa

Beynəlxalq Bankda ilk istefa
  22 İyul 2015    Oxunub:3278
Azərbaycan Beynəlxalq Bankı ASC-nin Müşahidə Şurasının iclası başlayıb.
"Report"un ABB-dəki etibarlı mənbədən əldə etdiyi məlumata görə, Müşahidə Şurasının iclasında İdarə heyətinə sədr seçilməsi və İdarə heyətinin üzvlərinin təyin edilməsi məsələsi müzakirə edilir.

Məlumata görə, İdarə Heyəti sədri vəzifəsinə 3 nəfərin namizədliyi qeydə alınıb. Onlardan biri "Kapital Bank" ASC-nin keçmiş, "Azəri-Türk Bank" ASC-nin isə indiki rəhbəri Elmar Məmməd oğlu Məmmədov, ikincisi Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, “Aqrar Kredit” Səhmdar Kredit Təşkilatının idarə heyətinin sədri Məmməd Qurban oğlu Musayev və üçüncü əsas namizəd isə Azərbaycan Mərkəzi Bankın Baş direktoru Rəşad Temraz oğlu Orucovdur.

Qeyd edək ki, İdarə Heyətinin sədrliyinə əsas namizəd Elmar Məmmədov hesab edilir.
ABB-dən əldə etdiyimiz digər məlumatda isə bu gün səhər saatlarında bankın idarə heyətinin sədrinin müavini və baş maliyyə direktoru Hacıyev Rəşad Tofiq oğlu vəzifəsindən istefa verib.


Teqlər:



Xəbər lenti