Azərbaycan ərəb ölkələrinə silah satacaq
Trend xəbər verir ki, bunu “Azeri Defence” jurnalına müsahibəsində müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazir qeyd edib ki, bunlar real müzakirələrdir: “Bu yaxınlarda İraqdan təklif almışıq. İraqa 500 ədəd RPQ, 500 ədəd minaatan, həmçinin onların döyüş sursatlarını ixrac edəcəyik. Ümid edirəm ki, davam edən danışıqların nəticəsi olaraq, 2015-ci ildə ixrac istiqamətində mühüm nailiyyətlərə imza atacağıq”.
Y.Camalovun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyi (MSN) 2013-cü ildə 123, 2014-cü ildə isə 100 milyon dollar həcmində ixracat həyata keçirib.
Onun fikrincə, nazirliyin 10 ildir yarandığı, bunun ilk 3-4 ilinin formalaşma dövrü olduğu nəzərə alınsa, qısa müddətdə bu ixrac rəqəminə yetişmələri MSN-in uğuru hesab oluna bilər.
Teqlər: