Bayram Səfərov Qarabağ danışıqlarını izləmir?
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qarabağ məsələsinin günlərdir aktual müzakirə mövzusuna çevrildiyi məqamda Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Bayram Səfərov həmsədrlərin Bakıya gəlişindən xəbərsizdir.
Bu barədə AzVision.az-a icma rəhbəri özü deyib.
Belə ki, B.Səfərov bildirib ki, həmsədrlərin regiona, o cümlədən Azərbaycana gəlməsindən xəbəri yoxdur:
“Həmsədrlərlə mənim heç bir əlaqəm yoxdur. Bilmirəm. Onların səfərlərindən xəbərsizəm. Bu barədə sizdən eşidirəm. Nə vaxt gəliblər? Belə də ki, gəlsinlər də...”.
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədrinin Minsk Qurpu həmsədrlərinin bölgəyə, o cümlədən ölkəmizə səfərindən xəbərsiz olması haqlı olaraq sual doğurur: Bayram Səfərov Qarabağ danışıqlarını izləmir?
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


