İki rayonda qaz olmayacaq

İki rayonda qaz olmayacaq
  07 İyun 2013    Oxunub:1171
Bu gün Samux və Qazax rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
ARDNŞ-ın «Azəriqaz» İB-dən AzVision.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar 7 iyun 2013-cü il tarixində saat 10-dan saat 18-dək “Gəncə” Qazpaylayıcı Stansiyasından qidalanan “Gəncə-Ziyadlı” orta təzyiqli qaz kəmərində, eyni zamanda “Qazax” Qazpaylayıcı Stansiyasından və “Ağköynək” Avtomatik Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Samux rayonunun bir hissəsinə və Qazax rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti