ABŞ rəsmisi Azərbaycan haqqında: `Hər şey yaxşı gedir...`
Bunu ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland ABŞ-la Azərbaycan arasında bir müddət əvvəl müşahidə olunan soyuq münasibətləri şərh edərkən deyib.
“Əsas odur ki, tərəflər bir araya gəlsin, xoş niyyət, qarşılıqlı hörmət göstərib, münasibətləri bərpa etsin”, - deyə o bildirib.
Hoqland diqqətə çatdırıb ki, ABŞ şirkətləri özlərinin maraqlarına uyğun olduğu təqdirdə investisiya yatırır.
“Biz ötən zamanlarda Azərbaycana çox güclü investisiya yatırmışıq. Əminliklə inanıram ki, bu, gələcəkdə də davam edəcək”
Riçard Hoqland daha sonrq qeyd edib: “Ola bilsin ki, indiki dövrdə bu, nisbətən azalıb, lakin münasibətlərin gələcək inkişafı ilə ABŞ-ın Azərbaycana yatırdığı investisiyanın həcminin də artması mümkündür”, - deyə R. Hoqland bildirib. (Apa)
***
R.Hoqland ölkəmizə səfərinin məqsədinin “Yeni İpək Yolu” layihəsi ilə bağlı müzakirələr aparmaq olduğunu bildirib. O, Azərbaycanın bu layihədə vacib rol oynadığını vurğulayıb və layihənin böyük perspektivlərinin olduğunu qeyd edib.
Dövlət katibi müavininin baş köməkçisi ABŞ şirkətlərinin ötən zamanlarda Azərbaycana böyük investisiyalar yatırdığını deyib və inandığını bildirib ki, bu, gələcəkdə də davam edəcək.
Regionda cərəyan edən hadisələrə toxunan R.Hoqland İranın nüvə proqramına dair imzalanan sənədi tarixi sənəd adlandırıb. O bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi altı ay ərzində bu sənədin texniki aspektlərinə baxacaq.
***
ABŞ rəsmisi daha sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinə toxunub. Bildirib ki, biz hələ də ATƏT-in Minsk Qrupuna inanırıq: “Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki fəaliyyətinə inamını saxlayır"
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


