Naxçıvan Kuboku turniri başa çatıb

Naxçıvan Kuboku turniri başa çatıb
  23 İyul 2015    Oxunub:2524
Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçirilib.
AzVision.az xəbər verir ki, turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxstan və İran komandaları iştirak edir. Komanda xarakterli turnirdə iştirak edən komandalar püşkə əsasən iki yarımqrupda mübarizə aparır. A yarımqrupunda Azərbaycan, Gürcüstan, Özbəkistan və İran, B yarımqrupunda isə, Naxçıvan, Türkiyə, Rusiya və Qazaxstan komandaları mübarizə aparıb.

Öz yarımqruplarında birinci olmuş Azərbaycan və Rusiya komandaları finalda qarşılaşıb. Ümumi hesabda bərabərlik qeydə alınsa da, xal hesabına rəqibindən üstün olan güləşçilərimiz turnirin baş mükafatını qazanıb. Rusiya yığması ikinci olub. Bürünc medalın taleyi isə, Gürcüstan və Türkiyə yığmalarının görüşündə müəyyənləşib. 4:4 hesablı bərabərliklə tamamlanan görüşdə Gürcüstan yığması xal hesabındakı üstünlüyünə görə "Naxçıvan Kuboku" uğrunda beynəlxalq turnirin bürünc mükafatını qazanıb.

İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal və diplomlarla təltif edilib. Daima güləşçilərin yanında olan və onları dəstəkləyən "Yeni Həyat" Şirkətlər qrupu tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Naxçıvan Kuboku" uğrunda beynəlxalq turnirin qalibləri üçün 100 000 ABŞ dolları məbləğində pul mükafatı da ayrılıb. Birinci yeri tutan komanda 50000, ikinci yerin sahibi 30000, üçüncü yerin qalibi isə 20000 ABŞ dolları ilə mükafatlandırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti