`Girovların azad edilməsi müzakirə olunur` - Uorlik

`Girovların azad edilməsi müzakirə olunur` - Uorlik
  23 İyul 2015    Oxunub:2154
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi tərəflərinin atəşkəs rejiminə riayət və hörmət etməsi məsələsi qaldırılıb.
AzVision.az trend-ə istinadən xəbər verir ki, bunu Bakıda jurnalistlərə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

O bildirib: "Biz Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsi imkanının müzakirəsini davam etdiririk".

C.Uorlik qeyd edib ki, azərbaycanlı girovların azad edilməsi məsələsi də müzakirə olunur.


Teqlər:



Xəbər lenti