Amerikalı həmsədr: `Müharibə dövrü artıq keçib`
Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərar hüquqi sənəddir. Siz nizamlanma prosesində beynəlxalq hüququ özündə əks etdirən bu sənədə istinad edəcəksinizmi" sualına cavabında deyib.
“Mən və Minsk Qrupunun digər həmsədrləri ən sıx və praqmatik şəkildə fəaliyyət göstərərək, çalışırq ki, hər iki tərəfi təmsil edən nazirlər və prezidentlər öz xalqlarının maraqlarını təmin edən dinc yolla həll variantını tapsınlar. Düşünürəm ki, müharibə dövrü artıq keçib. Bu müharibədə həddindən artıq qurban verilib, həddindən artıq vəsaitlər itirilib”, - deyə C. Uorlik bildirib. (Apa)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


