Mübariz Qurbanlıya sualı olanların diqqətinə

Mübariz Qurbanlıya sualı olanların diqqətinə
  24 İyul 2015    Oxunub:1981
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.

İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yardımlı rayonunda Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.

Qəbul saat 10:00-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Yardımlı şəhəri, Heydər Əliyev prospekti, 255) keçiriləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.


Teqlər:



Xəbər lenti