6 ayda 66 bədbəxt hadisə, 20 ölü
Həyata keçirilən tədbirlərin müsbət nəticəsi kimi, respublikada çoxsaylı iş yerlərinin açılması şəraitində istehsalat qəzalarının sayı azalmaqda davam edib. Belə ki, cari ilin yanvar-iyun aylarında DƏMX tərəfindən qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,1 faiz azalaraq 114-dən 66-a enib. İstehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı isə 40 nəfərdən 20 nəfərədək, yəni 2 dəfə azalıb. Həmçinin bu hadisələr nəticəsində xəsarət alanların sayı 48,8 faiz azalmaqla 46 nəfər təşkil edib. Bununla yanaşı, ötən ilin ilk 6 ayında istehsalatla əlaqəli qrup halında 16 bədbəxt hadisə baş verdiyi halda, cari ilin birinci yarımilində belə hadisə qeydə alınmayıb.
DƏMX tərəfindən iş yerlərində baş vermiş bədbəxt hadisələrlə əlaqədar qanunauyğun şəkildə təhqiqat aparılaraq, müvafiq tədbirlər görülüb.
Gülətin ƏLƏSGƏR







Vaxtında, Aydın, Lazımlı!


