`Qarabağ münaqişəsinin həllində irəliləyişlər əldə etmək olar`

`Qarabağ münaqişəsinin həllində irəliləyişlər əldə etmək olar`
  07 İyun 2013    Oxunub:1093
"Rəsmi Ankaranın vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllində böyük irəliləyişlər əldə etmək olar".
Türkiyənin ölkəmizdəki səfiri Hüseyn Alper Coşqun münaqişənin həllində qonşu dövlətləri , xüsusilə də İran və Türkiyəni yardımçı olmağa çağıran ABŞ dövlət katibi Con Kerrinin bəyanatına münasibət bildirib. O qeyd edib ki, rəsmi Ankaranın vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllində böyük irəliləyişlər əldə etmək olar.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ dövlət katibi Con Kerri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Vaşinqtonda keçirdiyi görüşdə Azərbaycan və Ermənistana qonşu olan bütün region ölkələrini Dağlıq qarabağ münaqişəsinin həllinə yardım etməyə çağırıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti