Nə qədər tənhasınız? - Psixoloji test
1. Mən təklikdə bir çox şeylərlə məşğul olduqda özümü bədbəxt hiss edirəm.
2. Mənimlə söhbət etməyə heç kim yoxdur.
3. Mənə təklik dözülməzdir.
4. Ünsiyyətə ehtiyacım var.
5. Hiss edirəm ki, heç kim məni başa düşmür.
6. Mən özümü ümidvar edirəm ki, mənə zəng edəcək və yaxud yazacaqlar.
7. Elə bir adam yoxdur ki, mən ona müraciət edəm.
8. Mən indi heç kimlə yaxın deyiləm.
9. Əhatəmdə olan insanlar mənim maraqlarımı və fikirlərimi bölüşdürmürlər.
10. Mən özümü yalqız hiss edirəm.
11. Mən əhatəmdə olanlarla bölüşməyə qadir deyiləm.
12. Mən özümü tamami ilə tənha hiss edirəm.
13. Mənim sosial münasibətlərim və əlaqələrim yaxşıdır.
14. Mən kompaniya həvəskarıyam.
15. Həyatda heç kim mənə bələd deyil.
16. Mən özümü başqalarından təcrid olunmuş hiss edirəm.
17. Mən təcrid olunmuş halda özümü bədbəxt hiss edirəm.
18. Mənə dost tapmaq çətindir.
19. Mən özümü kənarlaşmış və təcrid olunmuş kimi hiss edirəm.
20. İnsanlar mənim ətrafımdadırlar, ancaq mənimlə deyillər.
Nəticlərin təhlili
Hər varianta verilən xalları hesablayın. “Tez- tez ” variantının ümumi cavabı 3, “hərdən” -2, “nadir hallarda”- 1, “heç vaxt ”-0 vurulur. Alınan nəticələr toplanılır. Tənhalığın maksimal göstəricisi -60 xaldır. Toplanan xalların cəmi bunları deyir:
Tənhalığın yüksək səviyyəsi – 40-dan 60 xala qədər
Tənhalığın orta səviyyəsi -20-dən -40 xala qədər
Tənhalığın aşağı səviyyəsi -0-dan -20 xala qədər
AzVision.az