Metyu Brayza: “Ərdoğan güzəştə getməlidir”

Metyu Brayza: “Ərdoğan güzəştə getməlidir”
  07 İyun 2013    Oxunub:1477
“Ərdoğan anlamalıdır ki, Türkiyədə seçicilərin yarısı ona səs verməyib.”
Hazırda Türkiyədə baş verən hadisələr gələcəkdə ölkənin demokratik inkişafı üçün müsbət addım ola bilər, ancaq bir şərtlə, baş nazir Rəcəb Tayyip Ərdoğan güzəştə getməlidir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza belə deyib.

O bildirib ki, `Rəcəb Tayyip Ərdoğan ölkədə yeganə avtoritet lider olduğunu göstərmək istəyir, lakin o unudur ki, demokratik cəmiyyətdə müxalifətin də mövqeyini nəzərə almaq lazımdır`.

“Ərdoğan anlamalıdır ki, Türkiyədə seçicilərin yarısı ona səs verməyib. Demokratik cəmiyyətdə hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Buna baxmayaraq, mən hesab edirəm ki, ölkədə baş verənləri “türk baharı” - adlandırmaq olmaz”-deyə Metyu Brayza qeyd edib.

Səbinə Həsənova
AzVision.az,



Teqlər:  





Xəbər lenti