Hərbi liseylərə sənəd qəbulu başladı

Hərbi liseylərə sənəd qəbulu başladı
  24 İyul 2015    Oxunub:3372
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına və hərbi liseylərə keçirilən qəbul imtahanında iştirak edəcək abituriyentlərə "İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlayıb.
Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, abituriyentlər TQDK-nın saytında müvafiq sistemə daxil olaraq, “İmtahana buraxılış vərəqəsi” çap edib götürməlidirlər.

“İmtahana buraxılış vərəqəsi” olmadıqda abituriyentlər imtahana buraxılmır.

Qeyd edək ki, imtahan iyulun 30-da keçiriləcək.

AzVision.az




Teqlər:





Xəbər lenti