Əfqanıstanda ölənlərin ailə üzvlərinə təqaüd verilir

Əfqanıstanda ölənlərin ailə üzvlərinə təqaüd verilir
  24 İyul 2015    Oxunub:1914
Azərbaycanda iyulun 1-nə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşən və məhkəmə qaydasında ölmüş elan edilən 52 nəfər hərbi qulluqçunun 56 nəfər ailə üzvünə Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, qeyd olunan şəxslərə Prezident təqaüdünün təyin olunmasına cari ilin 1 yanvarından başlanılıb.

Müvafiq kateqoriyadan olan şəxslər həmin təqaüdün təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinə və ya Xidmətin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etməlidirlər. Müraciət edərkən təqdim edilməli olan sənədlərin siyahısı ƏƏSMN-nin rəsmi internet saytının (mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümünün “Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün tələb edilən sənədlər” alt-bölümündə yerləşdirilib.

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşən və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə (valideynlərinə və dul arvadına) təyin olunan Prezident təqaüdünün aylıq məbləği 200 manatdır. Bu təqaüd onlar arasında bərabər bölünməklə ödənilir.


Teqlər:





Xəbər lenti