650 nəfərə iş verilib
2015-ci ildə də Azərbyacanın 55 rayon və şəhərində əmək yarmarkalarının təşkil olunması nəzərdə tutulub. Cari ilin birinci yarımilində artıq 11 şəhər və rayonda bu yarmarkalar keçirilib ki, həmin tədbirlər nəticəsində 650 nəfər münasib işlərlə təmin olunub. Bu müddətdə məşğulluq xidməti orqanları tərəfindən münasib işlə təmin olunanların sayı isə ümumilikdə 13,7 min nəfər təşkil edib. Habelə, "Əmək birjaları" tərəfindən 1480 nəfər müvəqqəti xarakterli işlərə göndərilib. İşaxtaran və işsiz vətəndaşların əmək qabiliyyətlərinin əmək bazarının tələblərinə uyğunlaşdırılması yönündə də tədbirlər davam etdirilir və son 6 ayda 1800 nəfər belə şəxs Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.
Qeyd olunub ki, İsmayıllı rayonunda cari ildə artıq ikinci dəfədir ki, əmək yarmarkası təşkil olunur və əsas məqsəd rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda olan mövcud boş (vakant) iş yerlərini işaxtaran və işsiz vətəndaşlara təqdim etmək, onların səmərəli məşğulluğuna nail olmaqdır.
Sonra M.Sadıqov və M.Kərimli yarmarkanın təşkilatı vəziyyəti, təqdim olunan vakansiyalarla tanış olub, tədbir iştirakçılarının, habelə işəgötürənlərin belə tədbirlərin təşkili ilə bağlı rəy və fikirlərini öyrəniblər.
Yarmarkada işsiz və işaxtaran vətəndaşlara İsmayıllı rayonunda fəaliyyət göstərən dövlət və qeyri-dövlət sektoruna aid 100-dən çox müəssisə üzrə 420-dən çox boş iş yeri təqdim edilib. Onların arasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün qanunvericiliyə uyğun şəkildə müəyyən olunmuş kvota üzrə iş yerləri də olub. Tədbir zamanı boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, haqqı ödənilən ictimai işlərə cəlb edilmək istəyən şəxslərin qeydiyyatı da aparılıb.
Teqlər: