Qayınata gəlinini güllələdi

Qayınata gəlinini güllələdi
  25 İyul 2015    Oxunub:3148
Bu gün Qusar rayonunda qətl hadisəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, iyulun 25-də Qusar rayonunun Avaran kənd sakini Amaxan Nəzərov yaşadığı evdə münaqişə zəminində gəlini Sevinc Məmmədovaya tüfəngdən açdığı atəşlə xəsarət yetirib. Nəticədə S.Məmmədova hadisə yerində ölüb.

Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəzərov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi “İJ-16” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Teqlər:  





Xəbər lenti