Əli Kərimlinin `profil oğruları` yaxalandı – FOTOFAKT

Əli Kərimlinin `profil oğruları` yaxalandı – FOTOFAKT
  25 İyul 2015    Oxunub:42201
Son günlər “Azadlıq” qəzetinin facebook profilinin sosial şəbəkələrdə kiber-cinayətkarlıqla məşğul olması haqda xəbərlər dolaşırdı.

"Azadlıq Qəzeti" profili vasitəilə istifadəçilərin şəxsi profilinin oğurlanması, sonra həmin oğurluq profildən AXCP sədrinin səhifəsinin bəyənilməsi, rəqiblərinin təhqir olunması haqda informasiyalar yayılırdı. Bütün bu deyilənlərin həqiqət olub-olmadığını yoxlamaq üçün araşdırmaq aparmağı qərara aldıq. Daha doğrusu bu profildən gələn mesajdan sonra yalançını evinə qədər qovmaq istədik. Görün nələr baş verdi...

Öncə bizə bu fotoda gördüyünüz mesaj gəldi. "Azadlıq Qəzeti" deyilən bu profilin sahibi əməkdaşlarımızdan birinə onun çılpaq şəkillərinin yayıldığını və www.kitabevi.az/pages ünvanına girib, şəkillərə baxa biləcəyi haqda mesaj göndərdi.



Biz deyildiyi kimi də etdik: göndərilən linkə daxil olduq. Təxminlərimiz özünü doğrultdu: bizdən Facebook "login və parol"u tələb edildi. Buna kompüter termini ilə “fişinq” deyirlər, login və parol oğurlamağın köhnə yollarından biridir.



Oxucuda sual yarana bilər: "Profil ələ keçirməkdə nə maraqları var?" Səbrli olun, indi görcəksiniz.

Demək, bu profil oğruları oğurladıqları profilin loqin və parolunu dəyişməməklə, sahibin xəbəri olmadan, istədikləri hoqqabazlığı edə bilirlər.
Bizim başımıza nə oyun gətirdilər? "Ali Karimli (Əli Kərimli)” və “Azadlıq Radiosu” səhifələrini bəyənib, istədiklərini yazırlar. Aşağıda bizim sahib olduğumuz profilin “Ali Karimli” səhifəsini bizdən xəbərsiz necə bəyəndiyinin əyani şahidi olursunuz.



Və bütün bunlar azmış kimi, səhifədə Əli Kərimlinin şəkillərini bəyənməklə "Siyasi Lider" kimi sözlərlə "bəy tərifi" edirlər.



Ən pis cəhət ondadır ki, parolunu oğurladıqları şəxslərin adı ilə hətta istədikləri şəxslərin ünvanına qeyr-etik sözlər yazırlar.



Bilirik ki, bu yazıdan sonra təşvişə düşərək, "Bizim adımızdan açılan saxta profildir" kimi bəhanələr gətirəcəklər. Ona görə də bu faktı vurğulamağı lazım bilirik. Əgər profil həqiqətən saxtadırsa, nə üçün 2013-cü ildən bəri "Azadlıq radiosu"nun xəbərlərini paylaşmaqdadır?





Beləliklə, aydın olur ki, sosial şəbəkələrdə, saytlarda yazılan şərhlərin, bəyənmələrin çoxundan onları `edənlər`in heç xəbəri də yoxdur. Bu adamların çoxu nə zamansa lazım olmayan bir yerdə loqin və parollarını daxil etməklə Əli Kərimlinin dəstəsinin qurbanına çevriliblər...

İsmayıl İslamoğlu
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti