Müdafiə Nazirliyi: Təxribatdır, 8 hərbçi yaralanmayıb
Nazirlyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu məlumatlar yalandır və təxribat xarakterli yayıblar.
Məlumatda qeyd olunur ki, Ermənistanın xüsusi xidmət orqanları, o cümlədən xakerləri tərəfindən məqsədyönlü surətdə yayılan bu xəbərlər həqiqətə uyğun deyil və təəssüflər olsun ki, bəzi yerli elektron kütləvi informasiya vasitələri də düşmən yalanına uyaraq ictimaiyyətimizə yanlış məlumatlar çatdırırlar.
Növbəti dəfə bildiririk ki, cəbhədə baş verən hər bir hadisə ilə bağlı məlumatların yayılmadan əvvəl rəsmi surətdə Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir və vacibdir.







Vaxtında, Aydın, Lazımlı!


