İlham Əliyevdən iki həmkarına təbrik
Dövlət başçısının məktubunda deyilir:
“Hörmətli xanım Prezident, Liberiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm”.
***
İlham Əliyev həmçinin Maldiv Respublikasının prezidenti Abdulla Yamin Abdul Qəyyumu təbrik edib.
Azərbaycan prezidentinin məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Maldiv Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.







Vaxtında, Aydın, Lazımlı!


