İlham Əliyevdən iki həmkarına təbrik

İlham Əliyevdən iki həmkarına təbrik
  26 İyul 2015    Oxunub:2386
Azərbaycan prezidenti İlham Əliyev Liberiya Respublikasının rəhbəri Ellen Conson-Serlifi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli xanım Prezident, Liberiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm”.

***

İlham Əliyev həmçinin Maldiv Respublikasının prezidenti Abdulla Yamin Abdul Qəyyumu təbrik edib.

Azərbaycan prezidentinin məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Maldiv Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.


Teqlər:  



Xəbər lenti