“Qarabağ”- “Seltik” oyunu bu stadionda keçiriləcək

“Qarabağ”- “Seltik” oyunu bu stadionda keçiriləcək
  26 İyul 2015    Oxunub:3846
Futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" (Ağdam) - "Seltik" (Şotlandiya) oyununun yeri və vaxtı dəqiqləşib.

Bakıda keçiriləcək görüş avqustun 5-də saat 21:30-da başlayacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Şotlandiyada keçiriləcək ilk oyun iyulun 29-da Bakı vaxtı ilə 23:45-də "Seltic Park" stadionunda oynanılacaq.


Teqlər:





Xəbər lenti