Oqtay Əsədov Gürcüstanda

Oqtay Əsədov Gürcüstanda
  27 İyul 2015    Oxunub:1956
Milli Məclisin sədri Oqtay Əsədov Tbilisidə keçiriləcək 13-cü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak etmək üçün iyulun 26-da Gürcüstanın paytaxtına səfərə gəlib.
AzVision.az AzərTac-a istinadən xəbər verir ki, hava limanında Oqtay Əsədovu Gürcüstan parlamenti sədrinin birinci müavini Manana Kobaxidze, Azərbaycan səfirliyinin əməkdaşları və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Oqtay Əsədovun Gürcüstanın rəsmi şəxsləri, tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir.


Teqlər:





Xəbər lenti