AZAL-dan noutbuk qadağası ilə bağlı Açıqlama

AZAL-dan noutbuk qadağası ilə bağlı Açıqlama
  27 İyul 2015    Oxunub:4610
AZAL öz sərnişinlərinə Naxçıvana noutbuk aparmağı qadağan etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski AzVision.az-a bildirib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq, aviasiya təhlükəsizliyi nəzarətindən keçərkən elektron cihazlar, o cümlədən noutbuk, əl yükündən çıxarılmalı və ayrıca olaraq skaner üzərinə qoyulmalıdır.

QSC rəsmininin sözlərinə görə, həmçinin təhlükəsizlik məqsədilə elektron cihazlar işə salınmalıdır: “Bildiririk ki, noutbukların daşınmasına heç bir yeni qadağa qoyulmayıb. Azərbaycanın beynəlxalq hava limanlarında təhlükəsizlik nəzarəti milli qanunvericilik aktlarına tam uyğun şəkildə aparılır”.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, AZAL tərəfindən Bakıdan Naxçıvana noutbuk aparmaq qadağan edilib.

Gültəkin Ələsgər


Teqlər:



Xəbər lenti