Nazirlik 13676 nəfərə iş verdi

Nazirlik 13676 nəfərə iş verdi
  27 İyul 2015    Oxunub:2295
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanları tərəfindən cari ilin birinci yarımili ərzində 13676 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub.
Nazirlikdən AzVision.az - a verilən xəbərə görə, hesabat dövründə DMX-nin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları tərəfindən əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif peşə və ixtisaslar üzrə qəbul edilmiş sifarişlər əsasında 1879 nəfər müvəqqəti xarakterli işlərə göndərilib.

Bu dövrdə ümumilikdə 1800 nəfərədək işsiz və işaxtaran vətəndaş kompyuter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, dərzi, qənnadçı, aşbaz köməkçisi, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, həmçinin 675 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Yanvar-iyun aylarında Xidmət tərəfindən gənclərin düzgün peşə seçiminə köməklik məqsədilə 56811 nəfərə peşəyönümü məsləhətləri verilib.


Teqlər:  





Xəbər lenti