“Azərcell”in tədbirində olay - ziyafət yarımçıq qaldı

“Azərcell”in tədbirində olay - ziyafət yarımçıq qaldı
  27 İyul 2015    Oxunub:5084
Bakıda “Naxçıvan” restoranında baş redaktorlar üçün təşkil edilən ziyafət yarımçıq qalıb.
AzVision.az gün.az-a istinadən xəbər verir ki, bu gün Milli Mətbuatın 140 illiyi münasibətilə “Azərcell” şirkəti ölkədə fəaliyyət göstərən qəzet və sayt redaktorları üçün ziyafət təşkil edib.

Ziyafət Yasamal rayonundakı 20 saylı məktəbin yanında yerləşən “Naxçıvan” restoranında keçirilib. Ziyafət zamanı zaldakı elektrik naqilləri anidən tüstüləyib. Ziyafətdə olan təxminən 30-40 nəfər dərhal çölə çıxıb. Tədbir isə yarımçıq bitib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 yanğınsöndürən maşını cəlb edilib.

Tüstülənmədən zərər çəkən olmayıb.


Teqlər:  





Xəbər lenti