SOS: Azərbaycanda cinayətkar uşaqların sayı artıb

SOS: Azərbaycanda cinayətkar uşaqların sayı artıb
  28 İyul 2015    Oxunub:1863
Azərbaycanda cinayət törətmiş şəxslərin ümumi sayında qəsdən sağlamlığa ağır zərərvurma və soyğunçuluq növləri üzrə cinayət törədən 14-18 yaşlı uşaqların xüsusi çəkisi artıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2012-ci ildə cinayət törətmiş şəxslərin ümumi sayında qəsdən sağlamlığa ağır zərərvurma növü üzrə cinayət törədən 14-18 yaşlı uşaqların xüsusi çəkisi 8 faiz, 2013-cü ildə 9 faiz, 2014-cü ildə isə 13,7 faiz olub.

Cinayət törətmiş şəxslərin ümumi sayında soyğunçuluq növü üzrə cinayət törədən 14-18 yaşlı uşaqların xüsusi çəkisi 2012-ci ildə 5,4 faiz, 2013-cü ildə 8,6 faiz, 2014-cü ildə isə 12,3 faiz olub.

Bu yaşda olan uşaqlar arasında narkotik maddələrlə bağlı cinayətlər isə tamamilə azalaraq sıfır faiz səviyyəsinə enib.


Teqlər:





Xəbər lenti