700 bal toplayan abituriyentləri tanıyın - VİDEO
Quhum , qonşu , dost , tanış...Hər kəs Xəyaləni təbrik etmək üçün axışır...Səbəb onun ali məktəblərə qəbul imtahanda ən tüyüksək nəticə - 700 bal toplamasıdır...
Qəbələnin Vəndam qəsəbəsində 3 nömrəli məktəbi bitirmiş Xəyalə Əfəndiyeva uşaqlıqdan hüquqşünas olmaq arzusu ilə yaşayır.... Gecə,gündüz , hətta şam işığı ilə dərslərini oxuyub....Arzusuna olan sevgisi ona güc verib...
Maddi cəhəddən ən böyük yük elə Xəyalənin valideyinlərinə düşüb. Regionda yaşayaraq , övladının təhsili üçün böyük zəhmət çəkən atası Rəvan Əfəndiyev ,` bütün bu çətinliklərə dözməyə dəyərdi ` , deyir.
İbrahim Əhmədov da bu günün qəhrəmanlarındandır. O, da 700 bal toplayıb. Amma nəticələri öyrənərkən , özünü itirir, fikri - zikri ondan da həyacanlı olan anasına gedir.
İbrahim elə 1-ci sinifdən başlayaraq bütün dərslərə həvəs və məsuliyyətlə yanaşıb...Ona yalnız 11 ci sinifdə , formal olaraq əlavə müəllim tutulub....
Ali təhsilini ADA-da almaq arzusunda olan İbrahimin bacısının təssüratı xüsusi diqqət cəlb edir... (Xəzər xəbər)
Teqlər: