Beynəlxalq Bankın mətbuat katibi istefa verdi - Yenilənib

Beynəlxalq Bankın mətbuat katibi istefa verdi - Yenilənib
  28 İyul 2015    Oxunub:2453
Azərbaycan Beynəlxalq Bankı Mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev bu gün tutduğu vəzifədən istefa verib.
AzVision.az xəbər verir ki, bu barədə APA-a R.Ağayev məlumat verib.

R.Ağayev fəaliyyətini jurnalist kimi davam etdirəcəyini, yaşıd həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacağını bildirib.

Qeyd edək ki, R.Ağayev 14 il ABB-nin mətbuat xidmətində çalışıb.

***

Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Bu barədə "Report"a ABB mətbuat xidmətinin yeni rəhbəri Yadigar Cəfərli özü məlumat verib. Y.Cəfərli bu vəzifədə öz işinə başlayıb.

Tanınmış jurnalist Yadigar Cəfərli bundan əvvəl "Azər Türk Bank" və "Kapitalbank"da mətbuat xidmətində çalışıb. BDU-nun Jurnalistika fakültəsinin məzunu olan Y.Cəfərli 1998-ci ildən mətbuatda çalışır. "Şərq" və "Azərbaycan" qəzetlərinin əməkdaşı olub. Filologiya üzrə fəlsəfə doktorudur.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev bu gün tutduğu vəzifədən istefa verib. R.Ağayev fəaliyyətini jurnalist kimi davam etdirəcəyini, yaşıd həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacağını bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti