Səfər Əbiyev Ərdoğan və Güllə görüşdü

Səfər Əbiyev Ərdoğan və Güllə görüşdü
  19 Fevral 2013    Oxunub:1747
Səfər Əbiyev Prezident Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyevin bu gün qardaş ölkənin Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Səfər Əbiyev dost ölkənin prezidentinə və baş nazirinə Azərbaycanın dövlət başçısı İlham Əliyevin salamlarını çatdırıb. Hər iki görüş zamanı ölkələr arasında mövcud olan qardaşlıq münasibətləri barədə geniş fikir mübadiləsi aparılıb.
Sonra nazir Səfər Əbiyevin Türkiyə müdafiə sənayesi müstəşarının müavini Faruk Özli ilə də görüşü olub.



Teqlər:  





Xəbər lenti