Növbəti erməni təxribatı: panerməni məşəli Kəlbəcərdə - VİDEO

Növbəti erməni təxribatı: panerməni məşəli Kəlbəcərdə - VİDEO
  28 İyul 2015    Oxunub:4086
Pan erməni idman oyunlarının məşəlinin işğal olunmuş rayonlarımızda yürüşü davam edir.

Azərbaycan torpaqlarını əzəli erməni ərazisi kimi tanıtdırmaqla dünya ictimaiyyətini çaşdırmaq istəyən erməni separatçıları bu dəfə `məşəl təxribatına` əl atıblar. AzVision.az məşəlin Kəlbəcər yürüşünü əks etdirən videonu əldə edib.



Pan erməni idman oyunlarını təşkil etməklə guya dünya ermənilərinin həmrəyliyə səsləyən separatçıların əsas məqsədi qondarma Qarabağın tanınmasına nail olmaqdır. Oyunların həyata keçirilməsində Erməni diasporası xüsusi canfəşanlıq göstərirlər.

Xəbər verdiyimiz kimi, 2-13 avqust tarixlərində Yerevanda növbəti 6-cı Pan Erməni idman Oyunları keçiriləcək. İyunun 27-dən oyunların məşəlinin səyahəti başlayıb. Məşəl işğal altındakı qədim Azərbaycan torpaqları Gümrüdən, Armavirdən (keçmiş İrəvan xanlığı və ətraf ərazilər) və Ghazanchetsot (Şuşa kilsəsindən) keçirilərək, Qara Kilsəyə (Üçmüədzin) gətiriləcək. Bundan sonra oyunlara start veriləcək.

Məlumat üçün bildirək ki, bu idman yarışları 2 ildən bir həyata keçirilir. Dünya Pan Erməni Oyunları komissiyası 1997-ci ildə bir sıra Avropa ölkələrinin dəstəyi ilə yaradılıb. Argentina, Avstraliya, Almaniya, Fransa, Kanada və başqa Avropa ölkələri də bu komissiyanın üzvüdür.

Qeyd edək ki, işğalçı siyasətini illərdir davam etdirən Ermənistanın beynəlxalq hüquq normalarını bu cür pozması sonuncu deyil. Belə ki, bu ilin 22-26 avqust tarixlərində Ermənistanın Avropa Gənclər Parlamenti “Artsaxa səyahət” adı altında işğal olunmuş Azərbaycan torpaqlarına səfər təşkil etməyi planlaşdırır.

Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq olaraq, tanınmamış respublikaya icazəsiz səfər edən şəxslərin adları arzuolunmaz şəxslər siyahısına daxil edilir.

AzVision.az
Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti