Hafiz Hacıyevin şortikli jurnalistlə müsahibəsi

  28 İyul 2015    Oxunub : 4226
Hafiz Hacıyevin şortikli jurnalistlə müsahibəsi
Son günlər Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Bakıda şortik geyinən kişilərin qıçasına “kislota” tökmək lazımdır” sözləri gündəmi alt-üst edib.
Hafiz Hacıyevlə şortikdə görüşüb müsahibə almaq istədik. Elə partiya sədri ilə zəngləşib görüş təyin etdik. Bir neçə saat sonra isə partiyanın qərargahında olduq. İçəri daxil olanda şortikdə gəldiyimi görüb gülümsədi. Narazılıq etməsə də, məmnun da görünmürdü: “Əşi, şortikdə gəlmisən, eybi yox”- deyərək bizə yer göstərdi. Beləcə müsahibəmizə başladıq.

Hafiz müəllim, ümid edirəm ki, şortik geyinib gəldiyim üçün üstümə “kislota”tökməzsiniz.

-Yox, etməyəcəm. (Gülür) Mənim indiki davranışım böyük bir tolerantlıqdır. Böyük bir mədəniyyətdir ki, bu gün mənim qarşımda hörmətli bir jurnalist bu fomada dayanıb. Mən fikrimi deyirəm. Kim riayət edəcəksə, etsin. Fikir azaddır. Sən də fikrini deyə bilərəsən. Hər bir fikrə hörmətlə yanaşmaq lazımdır. Demirəm ki, dənizdə çiməndə geyinməsinlər, şalvarlı çimsinlər. Yəni, deyirəm ki, ictimai yerdə- restoranda, bulvarda geyinmək olmaz. Sanatoriyaya gedəndə geyinmək mümkündür. İctimai yerlərdə yox. Bu söhbəti bağlayaq.

- Amma qərərgahınıza şortikdə gəlmişəm. Bura da ictimai yerdir.

-Açığı deyim ki, biz gənclər təşkilatına göstəriş vermişik ki, bu məsələdə çox da radikallıq göstərməsinlər. O insanları müəyyən dərəcədə çalışıb başa salmaq lazımdır. Mən sözümü deyirəm. Hər halda mənim sözüm də qanun deyil. Sən istəyirsən köynəyini də çıxarıb, lüt də gəzə bilsərən. Lap, Mozombikdəki kimi. Bu sənin şəxsi fikrindir. Amma mən buna qarşıyam. Qarşıyam deyəndə ki, mən kiminsə gedib basıb gözün çıxarmalıyam?! Məni istəyən gənclərlə fikir mübadiləmiz olub. Məni dəstəkləyənlər də deyib ki, həqiqətən də düz deyil.



- Ancaq sizin özünüz də şortikli şəkiliniz ortaya çıxıb. Deməli sizdə geyinirsiniz.

-Bəli, mənim şəklimi yayıblar. Sanatoriyaya müalicəyə gedirəmsə, həkim mənə resept yazır ki, 11-dən 12-nin yarısına kimi vanna qəbul etməliyəm. Ora mən nə geyinib getməliyəm ki? Puşlat geyinməliyəm? Cins şalvarla dənizə girməliyəm? Orada şortik geyinmək lazımdır. Yəni oranın tələbi odur. Gedib indi ölən adamın yerində mollanın əvəzinə orkestr vura bilmərik ki.

-Bəzən, sizin çıxışlarınızı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimr Jirinovski ilə oxşadırlar. Sizcə, Jirinovski necə siyasətçidir?

- Dəfələrlə bu suala cavab vermişəm. İndi daha geniş cavab vermək istəyirəm. Jirinovski millətini, vətənini, rus dövlətini sevən siyasətçidir. Rusiya dövlətinin inkişafında Jirirnovskinin böyük xidmətləri var. Mənə də deyirlər ki, Hafiz Hacıyev Jirinovskidir. Mən də milətimi sevirəm. Mən də sözü, nöqsanı birbaşa üzə deyirəm. Nöqsanların gələcəkdə təkrar olmaması üçün əlimdən gələni edirəm. Bəzən bu həyatımda mənfi izlər buraxır. Hafiz Hacıyevi dollar deyil ki, hamı sevsin. Mən Jirinovski olmaq istəmirəm. Əgər millət deyirsə eybi yox, qəbul edirəm. Millət deyirsə inkar edə bilmərəm. Məsələn, Qəmbərov İsa bu xalqa xəyanət etdi. Niyə qaçıb gizlənib? Ortada yoxdur.

-Növbəti parlament seçkilərində namizdəliyinizi irəli sürəcəksiniz?

-Bəli, iki-üç ay bundan öncə partiyamızın parlament seçkilərində iştirak etməsini müzakirə etmişik. Artıq biz ilkin seçkilər də keçirmişik. Gizlincə öyrənmişik ki, kimlərin hansı regionda nüfuzu genişdir. Qaldı ki, mənim özümə, mən öz yerimi qətiləşdirimişəm. Göygöl-Daşkəsən seçki dairəsindən namizədliyimi irəli sürəcəyəm.



-Şortik geyinənləri mühafizəkarcasına yandırmaq istəyirsiniz. Həm də liberal olduğunuzu deyirsiniz.

- Mən hər zaman liberal dəyərlərə üstünlük vermişəm. Bilirsiniz, mühafizəkarlıq bəzən çox böyük çatlar verir. İstədiyinə nail ola bilmirsən. Siyasətdə çox manevr etmək daha böyük divident gətirir. Məsələn, Avropa liderlərinə baxın. Radikallıq, mühafizəkarlıq heç bir partiya sədrinə divident gətirməyib. Biz hər şeyə qara deyə bilmərik. Amerikada eynicinslilərin evlənməsi ilə bağlı qanun qəbul olundu. Qanun qəbul olunanda bizim bəzi partiya sədrləri böyük qonanqlıq verdilər. Yəni həqiqəti deyirəm. Bizim mentalitetimiz var. O gün xaricdən bir geylərin nümayəndəsi olan artist də gəlib. Bizimkilər də cumub öpürmüşlər. Adı da Əzizdi... Camaat səhnəyə qalxıb lüt kişi ilə oynaşırdı.

-Hafiz Hacıyevin sədrlik etdiyi partiyada onun davamçısı varmı?

- Çoxdur. Bəlkə də məndən də qabiliyyətli bizim partiya üzvləri var ki, mənim yerimi tutmağa layiqdilər.

Sonda təşəkkürümüzü bildirib, Hafiz Hacıyevdən xatirə üçün şəkil çədirmək istəyirik. Hafiz Hacıyev şortikdə olduğuma görə, mənimlə şəkil çəkdirməkdən imtina edir.

Femida.az

Teqlər: