Rubrikanın budəfəki qonağı “Chat Box” TV-nin sevilən aparıcısı Cəmilə Tağızadədir.
Cəmilə Tağızadə 1987-ci ildə Bakıda anadan olub. Uşaqlıqdan ən böyük arzusu aktrisa olmaq idi.
`Uşaq vaxtından xüsusi dərnəklərə getməsəm də fotolar çəkdirməyi, müxtəlif pozalar verməyi çox sevirdim. İllər keçdikcə arada istəklərim dəyişirdi. Zarafatla deyirdim ki, kosmonavt olacağam. Daha sonra Mədəniyyət və İncəsənət Universitetində aktyorluq fakültəsini bitirdim`.
C.Tağızadə bir müddət `Lider` televiziyasında “Fartuna” verlişinin aparıcısı kimi çalışıb Paralel olaraq “Göyçək Fatimə” , “Həyat varsa”, “İkinci bahar” seriallarında aktrisa kimi çəkilib Bir neçə serialda isə mənfi obrazları canlandıran aparıcı hazırda isə “Chat Box” televiziyasında aparıcı kimi fəaliyyətini davam etdirir.
Çəkilişdə istifadə olunan geyimlərə görə “Kübar butik”-ə təşəkkür edirik. Əlaqə :0557766080
Makiyaja görə salon “Decoiffure” də çalışan Sabina Zekizadəyə təşəkkür edirik.
Nuron Məmmədov