Bakıda ilk - Bulvardan yaxta oğurlanıb

Bakıda ilk - Bulvardan yaxta oğurlanıb
  29 İyul 2015    Oxunub:3100
Bakı bulvarından yaxta oğurlanıb.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, polisə müraciət edən 1967-ci il təvəllüdlü Abdullayev Füzuli Daşdəmir oğlu Yaxt Klubda saxladığı katerinin naməlum şəraitdə yoxa çıxdığını bildirib. Şikayətçi qeyd edib ki, katerinin uzunluğu 65 metrə yaxındır və bu gəmi onun şəxsi mülkiyyətində olub.

Həmçinin o da qeyd edilib ki, yaxta 2006-cı ilin iyun ayından Yaxt klubun ərazisində müqaviləsiz əsaslarla saxlanırmış. F.Abdullayev şəxsi gəzinti gəmisinin tapılmasını xahiş edib.

Qeyd edək ki, F.Abdullayev biznesmendir.


Teqlər:



Xəbər lenti