Daxili işlər Nazirliyi müsabiqə elan edib

 Daxili işlər Nazirliyi müsabiqə elan edib
  08 İyun 2013    Oxunub:1257
Müsabiqədə Gəncə şəhərində və ona yaxın ərazidə yaşayan ali təhsilli, yaşı 30-dək olan, boyu 160 santimetrdən aşağı olmayan və kompüterdə işləmə bacarığı olan qızlar iştirak edə bilərlər.
Daxili İşlər Nazirliyi qadın işçilərlə bağlı müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə "ASAN Xidmət" Mərkəzində DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə kiçik (müqavilə hesablı) rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə keçirilir.

Müsabiqədə Gəncə şəhərində və ona yaxın ərazidə yaşayan ali təhsilli, yaşı 30-dək olan, boyu 160 santimetrdən aşağı olmayan və kompüterdə işləmə bacarığı olan qızlar iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün vətəndaşlar şənbə və bazar günləri istisna olmaqla hər gün saat 10-dan 17-dək DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə (012) 590-94-59, (012) 590-91-60 nömrəli telefonlarla əlaqə saxlamaları xahiş olunur.

Azvision.az


Teqlər:





Xəbər lenti