ASAN-da işləmək istəyənlərə

  08 İyun 2013    Oxunub : 440
ASAN-da işləmək istəyənlərə
Rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edilir.
Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə "ASAN Xidmət" Mərkəzində DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə kiçik (müqavilə hesablı) rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edir.

DİN-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müsabiqədə Gəncə şəhərində və ona yaxın ərazidə yaşayan ali təhsilli, yaşı 20 ilə 30 arası olan, boyu 160 santimetrdən aşağı olmayan və kompyuterdə işləmə bacarığı olan qızlar iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün vətəndaşlar şənbə və bazar günləri istisna olmaqla hər gün saat 10-dan 17-dək DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə (012) 590-94-59, (012) 590-91-60 nömrəli telefonlarla müraciət edə bilərlər.

Teqlər: