TQDK qəbul imtahanı keçirir

TQDK qəbul imtahanı keçirir
  30 İyul 2015    Oxunub:2188
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına qəbul imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq və saat 11-də başlanıb 2 saat davam edəcək.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədi və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.



Teqlər:



Xəbər lenti