İki nazirlikdən əhaliyə ciddi xəbərdarlıq
V.Əsədovun sözlərinə görə, nəqliyyat vasitələrindən normadan artıq atılan zərərli tullantıların qarşısının alınması sahəsində işin səmərəliliyinin artırılması məqsədilə avqust ayı ərzində ölkə ərazisində, o cümlədən paytaxtda mütəmadi tədbirlər, reydlər keçiriləcək: “Ətraf mühitin və ümumiyyətlə atmosferin sağlamlaşdırılması istiqamətində hazırlanmış tədbirlər planının tələbinə uyğun olaraq təhlükəsizlik aylığı çərçivəsində avtomobil təsərrüfatı olan müəssisələrdə və təşkilatlarda xüsusi cihazlar vasitəsilə reydlər keçiriləcək”.
V.Əsədov xatırladıb ki, yol hərəkətində istismar edilən nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə olmalıdır: “Mühərriyin ixrac etdiyi dəm qazının tərkibində karbon oksidin miqdarı normadan artıq olduqda nəqliyyat vasitəsi texniki cəhətdən nasaz hesab edilir və bu avtomobili idarə edən sürücü texniki nasazlığa görə, məsuliyyətə cəlb edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər də buna görə məsuliyyətə cəlb olunurlar”.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


