"Qarabağın həlli Ermənistanla Türkiyənin yaxınlaşması deməkdir"
"Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması regional müstəvidə çox əhəmiyyət kəsb edə bilər. Bu baxımdan bu danışıqlar dayanmamalı idi".
ATƏT-in Minsk Qrupunun Amerikadan olan keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bu fikirdədir: "Avropa Birliyi və ABŞ Ermənistan-Türkiyə yaxınlaşmasını Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən ayırmaqla böyük səhvə yol verdilər.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi ilə Ermənistan-Türkiyə əlaqələrinin düzəlməsi prosesi bir-biri ilə əlaqəlidir və bunlara bir-birindən ayrı baxmaq yanlışdır.
İrəvanda anlamalıdırlar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistanın Türkiyə ilə yaxınlaşmasına gətirib çıxaracaq. Bir istiqamətdə tərəqqi digər istiqamətdə də tərəqqiyə səbəb olacaq.
Səbinə
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


