Varşavaya məcburi eniş

Varşavaya məcburi eniş
  31 İyul 2015    Oxunub:2199
"Türk Hava Yolları"na (THY) məxsus təyyarə Varşavanın Frederik Şopen adına Beynəlxalq Hava Limanına məcburi eniş edib, sərnişinlər təcili surətdə aeroport binasına təxliyə edilib.

AzVision.az-ın report-a istinadən xəbər verir ki, bu barədə Frederik Şopen adına Beynəlxalq Hava Limanının mətbuat xidmətinin rəhbəri Pşemıslav Pşıbılski məlumat verib.

"Aeroport əməkdaşları 360 nəfəri təxliyə edib. Bütün sərnişinlər artıq hava limanının binasındadır. Hazırda təyyarədə yoxlamalar aparılır", - P.Pşıbılski deyib.

Qeyd edək ki, İstanbul-San-Fransisko reysini həyata keçirən Türkiyəyə məxsus təyyarə Polşa paytaxtına məcburi eniş edib. Yerli KİV-lər buna səbəb kimi təyyarədə şübhəli əşyanın olması haqqında məlumatın yayılmasını qeyd ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti