3 əsgər ölüb, 3-ü yaralanıb

3 əsgər ölüb, 3-ü yaralanıb
  08 İyun 2013    Oxunub:1164
NATO-nun əsgərləri öldürülüb
Əfqanıstanın Paktika vilayətində əfqan əsgərlərinə məxsus formada olan bir nəfər üç NATO əsgərini öldürüb. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ISAF-ın(Beynəlxalq Təhlükəsizlik və Dəstək Qüvvətləri) açıqlamasında, Əfqanıstanın şərqindəki Paktika vilayətində əsgər uniformasında olan şəxsin NATO əsgərlərinə atəş açdığı və nəticədə 3 əsgərinin həyatını itirdiyi, 3-ünün də yaralandığı bildirilib.
Ölən əsgərlərin milliyəti haqqında məlumat verilməyib. Sadəcə bildirilir ki, əsgərlər həmin bölgədə asayişi qoruyan amerikan əsgərləri olub.
Hadisəylə bağlı araşdırmalar aparılır.


Teqlər:  





Xəbər lenti