Elmar Vəliyev hesabat verdi

Elmar Vəliyev hesabat verdi
  01 Avqust 2015    Oxunub:2151
Gəncə Şəhər İcra Hakimiyyətində 2015-ci ilin birinci yarısında Gəncə şəhərinin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.
AzVision.az xəbər verir ki, yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 6 ayda görülən işləri təhlil etmiş, qarşıda duran vəzifələrdən danışıb. O, şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqının 320,2 manat, yəni, keçən ilkindən 2,3 faiz çox olduğunu bildirib.

Bu müddət ərzində turistlərin Gəncəyə cəlb edilməsi istiqamətində də işlər davam etdirilib. Qəsəbədə Nizami Gəncəvinin adını daşıyan parkın ərazisi genişləndirilib, 200 paqonnumetr bardür düzülüb, 12 ədəd müasir işıq dayaqları basdırılıb, 700 kvadratmetr qazon salınıb, 100 kvadratmetr istinad divarı hörülüb.

Hesabat yığıncağında şəhərin təhsil, səhiyyə və mədəniyyət sahələrində həyata keçirilən tədbirlərdən danışılıb. Əhalinin qaz, işıq və su problemlərinin həlli istiqamətində görülən işlər müzakirə edilib.

Hesabat məruzəsində yaşıllaşdırma ilə əlaqədar görülən işlərə də münasibət bildirilib. Qeyd edilib ki, şəhərin müxtəlif ərazilərində 75 mindən çox ting, həmişəyaşıl ağac və bəzək kolları, 32 hektar sahədə çəmənlik salınmış 15 mindən çox mövsümi gül və çiçək əkilmişdir. Yaşıllıqların suvarılması üçün 9 ədəd subartezian nasosu təmir edilərək istismara verilmişdir. Nizami prospektində dahi şair Nizami Gəncəvi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adını daşıyan bağlarda, eləcə də Yeni Gəncə yaşayış sahəsindəki Novruz meydanında təmir-bərpa işləri aparılıb.

Yığıncaqda əhalinin məşğulluğu istiqamətində həyata keçirilən tədbirlərdən də danışılıb. Bildirilib ki, 6 ayda şəhər məşğulluq mərkəzinə 497 nəfər müraciət edib ki, onun da 277 nəfər daimi işlə təmin olunub.

Yığıncağın sonunda cari ili ikinci yarısında görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti