`Bu, nə söhbətdir edilir?` - Sahib Alıyev

`Bu, nə söhbətdir edilir?` - Sahib Alıyev
  03 Avqust 2015    Oxunub:3440
`Azərbaycan və Ermənistan prezidentlərinin sentyabrın ortalarında Ameikada keçirilməsi planlaşdırılan görüşlərinə müəyyən hazırlıqların getdiyi şübhəsizdir. Amma nəyə hazırlıqlar, məsələ burasındadır. Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonoyanın Vaşinqtonda keçirdiyi görüşlər zamanı erməni qaynaqlarının yaydığı kimi, söhbət əgər doğrudan da daha çox münaqişə zonasında sakitliyin yaradılması ətrafında gedibsə və ön planda olan insidentlərin baş verməməsi üçün cəbhə xəttti boyunca beynəlxalq monitorinq sisteminin təşkildirsə, onda bu, problemin həlli baxımından yaxşı heç nə vəd etmir`.

Bu fikirlər millət vəkili, telejurnalist Sahib Alıyevə məxsusudur. O, daha sonra yazır ki, bizə Amerika və eləcə də digər həmsədrlərin “münaqişəi zonasında sakitliyin qalmasında və bunun üçün də müəyyən mexanizmlərin tətbiqində” maraqlı olmaları deyil, problemin çözülməsində maraqlı olmaları lazımdır. Beynəlxalq normalar, beynəlxalq hüquq da bunu tələb edir.

- Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin ölkəsinin Dağlıq Qarabağ üzrə beynəlxalq sülhməramlı qüvvələrin yaradılması haqqında BMT-nin yeni qətnaməsinə tərəfdar çıxdığını açıqlaması da göstərir ki, onları münaqişənin həllindən daha çox dondurulmuş vəziyyətdə saxlanması maraqlandırır. Münaqişənin həllilə bağlı hansısa bir irəliləyiş olmadığı halda bu, nə sülhməramlılar söhbətidir edilir? Əgər problemin çözümü istənilirsə, nədən cənab Uorlik yeni bir qətnamənin qəbulundansa erməni tərəfi həmin BMT-nin Dağlıq Qarabağla bağlı indiyədək qəbul etdiyi 4 məlum qətnamənin şərtlərinə əməl etməyə çağırmır? Axı ancaq bu baş verdiyi şəkildə hansısa sülhmaramlıların gətirlməsi danışıqlar mövzusu ola bilər,- deyə Sahib Alıyev soruşur.

Millət vəkilinin fikrincə, bir sözlə, cəbhə xəttində monitorinq sisteminin qurulması, sülhməramlılar haqda qaldırdırılan məsələlər heç də münaqişənin həllinə yönəldilməyib: `Bunlar Azərbaycana təzyiq məqsədilə edilir ki, əgər ermənilərin cəbhədə verdikləri itkilər son bir ildəki kimi çox olarsa, onda havadarları münaqişə zonasında sakitliyinin yaradılması üçün “mexanizmlərin tətbiqi”nə və hətta bölgəyə sülhməramlılar gətirlməsinə səy edəcəklər.
Cəbhədəki erməni itkilərinə görə narahat olanlara Azərbaycanın cavabı bəllidir. O cavabı ölkənin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu il fevralın 5-də Münhen Təhlükəsizlik konfransında bütün dünyanın gözü önündə də səsləndirdi: “İşğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, İrəvanda, Gümrüdə, öz ölkəsində qalsın`.



Teqlər:



Xəbər lenti